İftara dadlı, hazırlanması asan toyuq yeməyi hazırlamaq istəyirsiniz?
Metbuat.az iftara özəl sobada lobyalı, kartoflu toyuğun hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
450 qr lobya
450 qr xırda kartof
8 ədəd sümüksüz toyuq budu
6 yemək qaşığı zeytun yağı
3 diş sarımsaq
1 ədəd limon suyu
1 yemək qaşığı kəklikotu
1 yemək qaşığı sirkə
2 yemək qaşığı cəfəri
Göz qərarı duz, qara istiot
Hazırlanması:
Böyük paketin içərisinə toyuqları, 2 qaşıq zeytun yağı, sarımsaq, kəklikotu, limon suyu, sirkə, duz, istiot əlavə edib 20 dəqiqə saxlayın. Sobanı 200 dərəcədə isidin. Soba sinisinə iki hissəyə böldüyünüz kartof və lobyaları yerləşdirin. Duz, qara istiot və zeytun yağı əlavə edin. Toyuq parçalarını da siniyə düzün. Toyuqlar qızarana qədər 35-40 dəqiqə bişirin. Kartof və lobyanın yaxşı bişməyini istəyirsinizsə, tez-tez çevirin.
Cəfəri ilə bəzəyib servis edə bilərsiniz.
Nuş olsun!
Aysel Yaqubqızı / Metbuat.az