İnternetdə məşhurlaşan Çinarənin evi - VİDEO - FOTO

İnternetdə məşhurlaşan Çinarənin evi - VİDEO - FOTO
16:05 29 May 2017
175 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Evgördü" verilişinin növbəti qonağı, sosial şəbəkələr sayəsində tanınan ifaçı Çinarə Məlikzadə olub.

Milli.Az bildirir ki, maraqlı açıqlamalar verən müğənni, ilk olaraq "O ses Türkiye" müsabiqəsinə qatılmasından bəhs edib:

"Seçimlərin ən axırına düşdüm. Rəfiqələrimin, dost-tanışın israrı ilə getdim. Ən axıra qaldığım üçün münsiflərin hamısının komandası dolur deyə dönmürlər. Mən də üzüldüm, amma Hadisə mənə dönəndə şoka düşdüm. İfam da xoşuma gəlmədi, mən Hadisənin yerinə olsam, dönməzdim".

Daha sonra o, sosial şəbəkələrdə ona gələn rəylərdən danışıb:

"Sosial şəbəkələrdə geyimlərim çox müzakirə olunur. Papaqları, kepkaları sevirəm. Papağıma çox ilişirlər, küsürəm. Deyirlər ki, bu nə geyimdir, efirə çıxırsan. Açıq-saçıq geyinəndə də söz edirlər, belə geyinəndə də. Hər şeyi söz edirlər. Mənə yaraşanı edirəm. Brend, marka geyimlər mənlik deyil. İnsanın gərək xasiyyəti brend olsun. Sosal şəbəkələrdə sevgi etirafları da edilir".

Videonu izləmək üçün şəklə klikləyin:
İnternetdə məşhurlaşan Çinarənin evi - "Sevgi etirafları gəlir"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/549269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR