"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək
16:07 29 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ "Baku Expo Center"də keçiriləcək Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində ("Caspian Oil&Gas-2017") bu ilk dəfə Azərbaycan mühərrik yağları ilə təmsil olunacaq.
"Report" xəbər verir ki, sərgi mayın 31-də başlayacaq və iyunun 3-də başa çatacaq. 
Dünyanın bir sıra tanınmış neft və qaz şirkətlərinin iştirak edəcəyi sərgidə Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalçısı olan "Technol"un da məhsulları sərgilənəcək.
Qeyd edək ki, 90-a yaxın çeşiddə mühərrik və sənaye yağları istehsal edən "Technol" məhsulları sərgi mərkəzinin ikinci zalında 2120 saylı stenddə nümayiş olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/technol-xezer-neft-qaz-sergisinde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR