Mourinyo futbolu Formula1-ə dəyişdi

Mourinyo futbolu Formula1-ə dəyişdi
16:42 29 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Formula1-in Monako Qran-prisinin təsnifat mərhələsini izləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mourinyonu Monakoya "Red Bull Racing" klubu dəvət edib. O, burda pilotlarla - Maks Ferstappen və Daniel Rikkardo ilə görüşüb.

O, jurnalistlərə 1 ay ərzində futbolla maraqlanmayacağını bildirib: "Bir ay ərzində futbolla maraqlanmayacam. Hazırda futboldan tamamilə təcrid olunmaq, başqa işlərlə məşğul olmaq zamanıdır. Ailənin, dostların arasında olmaq, istirahət etmək lazımdı. Bu, çox vacibdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR