Rektor ilə tələbələr arasında GƏRGİNLİK ARTIR

Azərbaycan Dillər Universitetinin tələbələri ilə rektor Əfqan Abdullayev arasında başlayan gərginlik artmaqda davam edir.

Metbuat.az bildirir ki, universitetin tələbələri dövlət imtahanın yenidən bərpa olunmasına etiraz edir. Bu səbəblə, bu gün həmin tələbələr universitet qarşısında etiraz aksiyası keçirib.

Bununla əlqədar universitetin informasiya departamenti ilə əlaqə saxladıq. Bildirdilər ki, bu, qanunvericiliyin tələbidir:

"Yeni qaydalar havadan çıxan bir məsələ deyil. Bəli, əvvəllər bu qayda yox idi. Tələbələr onun yerinə hesabat verirdi. İndi tələbələr də, hesabat istəyirlər. Amma sizə bir-iki hesabat nümunəsi göstərərəm.

O qədər biabırçı vəziyyətdədir ki, insan inana bilmir. Düşünün ki, 4 il oxuyursunuz və sonda orda yazılır ki, tələbə universitetdə hansısa tədbirlərdə iştirak edib, tədbirdə oturub.

Tələbə də istəyir bunu verib, diplom alsın. Bu qanunvericiliyin tələbidir, biz də bu tələbə əməl edirik. Qeyd edim ki, qərar ötən ilin yay ayından qəbul olunub. Ötən ilin sonundan bəri imtahanın sualları və mövzuları yerləşdirilib, tələbələrə də bu haqda məlumat verilib.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR