Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri olmağa
hazırlaşır. Artıq çoxları əmindir ki, bu baş verəcək. Alman
ekspertlər isə ümid edirlər ki, Merkel ölkəni yenidən dünya
hegomonluğuna götürür.
Publika.az Almaniya mediasına istinadən Merkelin ölkəsini
hara apardığı haqda versiyaları təqdim edir.
Əsas fikir ondan ibarətdir ki, Merkel Almaniyanı yeni müharibəyə
qoşacaq. Belə ki, o, NATO və G7 sammitlərindən dərhal sonra
bildirdi ki, “Avropanın ABŞ və Böyük Britaniyaya ümid etməsi lazım
deyil”. Həmçinin, qeyd etdi ki, Fransanın yeni prezidenti Emmanuel
Makron Almaniyanın ən yaxın tərəfdaşıdır və onlar birlikdə Avropanı
inkişafa aparacaqlar. Dünya mediası Merkelin bu açıqlamalarını yeni
proqram kimi qiymətləndirir.
Artıq Berlinin Yaxın Şərqdə yeni hərbi baza yaratmaq niyyətində
olduğu haqda informasiyalar var. Ehtimallara görə, iyunun
ortalarında Türkiyədəki İncirlik hərbi bazasından öz kontingentini
çıxaracaq Almaniya qüvvələrini İordaniyaya göndərmək niyyətindədir.
Bu, almanların yeni hərbi baza yaratmaq istəyinə işarədir.
Həmçinin, Berlin bununla NATO-da Amerika hegomonluğundan xilas
olmağı planlaşdırır.
Asif