BMW avtomobillərinin istehsalı dayandı

BMW Almaniya və Çindəki fabriklərində istehsalı dayandırıb.

Metbuat.az xəbər verir ki, şirkətin Almaniyadan Çinə, Çindən Cənubi Afrikaya qədər bir çox istehsal obyekti fəaliyyətini dayandırıb.

BMW mətbuat katibi Mişel Rebstok jurnalistlərə açıqlamasında istehsalın dayandırılmasının səbəbini ehtiyat hissələrin çatışmazlığı ilə əlaqələndirib.

Məsələ ilə bağlı açıqlama verən Rebstok deyib: “İstehsalın nə vaxt başlayacağı haqqında heç nə deyə bilməyəcəm. Mütəxəssislər məsələni həll etməyə çalışır”.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR