Bütün dünya bu qadından danışır: 63 yaşında stilistləri mat qoydu

Bütün dünya bu qadından danışır: 63 yaşında stilistləri mat qoydu
16:59 29 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

“Əgər qadın özünü geyindiyi geyimdə rahat hiss edirsə, o zaman yaşın heç bir fərqi yoxdur”.

Bu Nyu Yorkda yaşayan 63 yaşlı universitet müəlliməsinin düşüncəsidir.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Fordham universitetində işləyən Lin Slyetr  həyat eşqi və dəbli görkəmi ilə hər kəsi özünə heyran qoyur. Bildirilir ki, hazırda bütün dünya bu qadından danışır.

İndi “Manqo”, “Uniqlo” kimi geyim trendləri ilə əməkdaşlıq edən Lin “Elite London” agentliyi ilə müqavilə imzalayıb.

 

 

Stil ikonası kimi tanına Lin bu duruma çox asanlıqla gəlməyib.

Günlərin bir günü rəfiqəsigilə gedən Lin bu günün onun həyatını dəyişəcəyini ağlına belə gətirmirdi.

Linkonl mərkəzindən keçərkən əcnəbi fotoqraflar və reportyorların obyektinə tuş gələn Lin hər birinin diqqətini çəkib. Stil ikonası kimi görüntülənən Linin bu fotoları stilistləri mat qoyub.

Yaşa görə insanların təcrid olunmasını pisləyən Linin fikrincə insanların yaşı onların geyim tərzinə təsir etməməlidir.

Lin deyir ki, moda və stil yaşla birgə gələn görünməməzliklə mübarizə aparmaqda ona kömək edir.

 

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR