Suriyada 17 kənd terrorçulardan azad edilib

Suriyada 17 kənd terrorçulardan azad edilib
17:01 29 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Suriya ordusu könüllülərin köməyi ilə Hələbdən 100 kilometr şərqdə Meskene şəhərində İŞİD-in forpostunu tamamilə mühasirəyə alıb.

Trend "TASS"a istinadən xəbər verir ki, hökumət qüvvələri 17 kəndi azad ediblər. Əməliyyatlarda 2 mindən artıq İŞİD silahlısının öldüyü və yaralandığı, terrorçulara məxsus xeyli sayda hərbi texnikanın məhv edildiyi xəbər verilir.

Son 3 ayda hökumət qüvvələrinin Hələbin şərqində 170-dən artıq kəndi azad etdiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR