“Mənim vaxtımdakı “Barselona” daha güclü idi”

“Mənim vaxtımdakı “Barselona” daha güclü idi”
17:12 29 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya yığmasının sabiq hücumçusu Romario maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "sambaçı" vaxtilə çıxış etdiyi "Barselona"nı tərifləyib.

Romarionun fikrincə, onun dövründəki Kataloniya klubu hazırkı "Barsa"dan güclü olub: "Barselona"nı dünyanın ən güclü komandası hesab edirəm. Amma mənim vaxtımdakı "Barsa" daha güclü idi. Yohan Kroyff və Xosep Qvardiola olmasaydı, komanda indi göstərdiyi oyunu sərgiləyə bilməzdi. Bəxtim gətirib ki, Kroyffun futbolçusu olmuşam və Qvardiola ilə eyni komandada oynamışam".
 
Qeyd edək ki, Romario 1993-1995-ci illərdə "Barselona"nın formasını geyinib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR