Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 500 mlrd. dollardan aşağı düşüb

Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 500 mlrd. dollardan aşağı düşüb
17:17 29 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 2011-ci ildən ilk dəfə olaraq 500 mlrd. dollar səviyyəsindən aşağı düşüb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu il rəsmi Ər-Riyad 9 mlrd. dollarlıq İslam istiqrazları satmasına baxmayaraq, ehtiyatların azalması davam edir.
Ölkənin mərkəzi bankından verilən açıqlamaya görə, beynəlxalq ehtiyatlar mart ayında 8,5 mlrd. dollar və ya 1,69% azalaraq 493 mlrd. dollara enib. Beləliklə, bu il Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 36 mlrd. dollar və ya 6,8% azalıb. Qahirədə yerləşən "EFG-Hermes" investisiya bankının iqtisadçısı Məhəmməd Abu Başanın sözlərinə görə, "belə bir ciddi azalmanın səbəbini görə bilmirəm, xüsusilə də sukuk satışlarını diqqətə alsaq".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 2014-cü ildə 730 mlrd. dollarla maksimal həddə çatdıqdan sonra neft qiymətlərinin düşməsi fonunda azalmağa başlayıb və hazırda maksimal həddən 32,5% aşağıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/seudiyye-erebistaninin-beynelxalq-ehtiyatlari-500-mlrd-dollardan-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR