Suriyada döyüşlər: 17 kənd terrorçulardan azad edildi

Suriyada döyüşlər: 17 kənd terrorçulardan azad edildi
17:47 29 May 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu könüllülərin köməyi ilə Hələbdən 100 kilometr şərqdə Meskene şəhərində İŞİD-in forpostunu tamamilə mühasirəyə alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hökumət qüvvələri 17 kəndi azad ediblər. Əməliyyatlarda 2 mindən artıq İŞİD silahlısının öldüyü və yaralandığı, terrorçulara məxsus xeyli sayda hərbi texnikanın məhv edildiyi xəbər verilir.

Son 3 ayda hökumət qüvvələrinin Hələbin şərqində 170-dən artıq kəndi azad etdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR