Şimali İrlandiya yığmasının millimizlə oyun üçün heyəti - SİYAHI

Şimali İrlandiya yığmasının millimizlə oyun üçün heyəti - SİYAHI
17:52 29 May 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya milli komandasının Yeni Zelandiya ilə yoldaşlıq görüşü və Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, baş məşqçi Maykl O`Nil 25 futbolçuya dəvət göndərib.
Onlardan Şey Makkartan ilk dəfə, Adam Li Tompson isə 6 ildən sonra yığmaya çağırılıb. Əvəzində Ceymi Uord zədə, Konor Vaşinqton ailə məsələsinə görə qarşıdakı görüşü buraxmalı olacaq.
Qapıçılar: Maykl Makqovern ("Norviç Siti", İngiltərə), Alan Mannus ("Sent Cohnston", Şotlandiya), Roy Kerroll ("Linfild", Şimali İrlandiya)

Müdafiəçilər: Qaret Makauli ("Vest Bromviç", İngiltərə), Conni Evans ("Vest Bromviç", İngiltərə), Aaron Hyuz ("Harts", Şotlandiya), Kreyq Katkart ("Uotford", İngiltərə), Kris Brant ("Vest Bromviç", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan Maklaflin ("Oldhem", İngiltərə), Adam Li Tompson ("Sautend Yunayted", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə), Tom Flanaqan ("Berton Albion", İngiltərə)

Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Neyll Makginn ("Aberdin", Şotlandiya), Olli Norvud ("Brayton", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Stüart Dallas ("Lids Yunayted", İngiltərə), Metti Land ("Berton Albion"), Pol Paton ("Sent Conston", Şotlandiya)

Hücumçu: Kayl Lafferti ("Norviç", İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə) 

Qeyd edək ki, yoldaşlıq görüşü iyunun 2-də Belfastda, rəsmi oyun isə iyunun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR