"Xoşuna gəlmirsə, baxma!" - Qısa geyimdə muğam qalmaqalı

"Xoşuna gəlmirsə, baxma!" - Qısa geyimdə muğam qalmaqalı
18:27 29 May 2017
525 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın bəzi şou-biznes nümayəndələrini "bayquş" adlandırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı"10-dan sonra" verilişinə açıqlamasında ucuz reklam arxasınca gedən həmkarlarını tənqid edib:
 
"Şou-biznesdə bayquşlar çoxdur. Elə bilirlər gülüstandadırlar, amma başa düşmürlər ki, xarabalıqdadırlar. Müğənninin işi oxumaqdır. Oxuya bilməyən neyləsin? Səsinə və sənətinə güvənməyənlər maşını qəzaya düşəndə, xəstəxanaya gedəndə dərhal jurnalistləri başlarına yığırlar. Belə reklamdansa sənətlərini nümayiş etdirsələr, daha yaxşı olar. Kimsə "bayquş" sözümə cavab versə, deməli, özünü bayquş hesab edir". 

F.Laçın xalq artisti Mələkxanım Əyyubovanın qısa geyimdə muğam oxuyanları qınamasına da cavab verib: 

"Şalvar geyinib muğam oxuyanları xoşlamırsansa, baxma! Şalvarda da, qısa geyimdə də muğam oxumaq olar. Bəlkə o, elə qəbul edir, amma bu, tərbiyəsizlik deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/549290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR