Şəkidə iki nəfəri it dişlədi

Şəkidə iki nəfəri it dişlədi
18:47 29 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə iki nəfəri it dişləyib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün rayonun Əliyar kənd sakini, 1964-cü il təvəllüdlü Hünbət Mirzəxan oğlu Məmmədov və Çeşməli kənd sakini, 1954-cü il təvəllüdlü Ramazan Əşrəf oğlu Şahmərdanov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.
 
Məlum olub ki, Hünbət Məmmədovu yaşadığı ünvanda öz itləri sağ əlindən, Ramazan Şahmərdanovu isə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə  müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/549293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR