19 yaşlı türk "Tottenhem"də - 9 milyon avro

19 yaşlı türk "Tottenhem"də -   9 milyon avro
18:57 29 May 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

"Başakşəhər"in futbolçusu Çingiz Ünder "Tottenhem"ə transfer olunub. Fanat.Az xəbər verir ki, bu barədə yerli məlumat məlumat yayıb.


Məlumatda bildirilir ki, "Tottenhem" və "Başakşəhər" 19 yaşlı futbolçunun transferini razılaşdırıb. İngilislər bu transferə görə Türkiyə klubuna 9 milyon avro ödəyəcək.


Qeyd edək ki, Çingiz Ünder ötən ilin yayında "Altınordu"ndan "Başakşəhər"ə 700 min avroya transfer olunub. O, Super Liqa klubunun heyətində 41 rəsmi oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.


19 yaşlı yarımmüdafiəçi Türkiyənin A millisində də artıq debüt edib. O, Moldova və Kosova ilə qarşılaşmalarda meydana çıxıb. Moldova ilə yoxlama oyununda baxımlı qola imza atıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-19-yal-turk-quottottenhemquotd-t58400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR