Elşən Abdullayev icarəyə verilir? - RƏSMİ

Elşən Abdullayev icarəyə verilir?  - RƏSMİ
19:37 29 May 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Elşən Abdullayevin icarəyə verilməsi gündəmdə deyil. Ola bilsin, xəbər mətbuata məqsədli şəkildə ötürülüb". Bu sözləri Fanat.Az-a açıqlamasında "Qarabağ"ın meneceri Asif Əsgərov deyib.


Klub rəsmisi əlavə edib: "Hələ yeni transferlər reallaşmayıb. Belə vəziyyətdə Elşənin az oynamaq ehtimalı yaranmayıbsa, onu niyə icarəyə verməliyik ki... Gələcəkdə formada qalması üçün hansısa gənc futbolçumuzun başqa Premyer Liqa klubuna göndərilməsi mümkündü. Amma Elşənin "Zirə"yə icarəyə veriləcəyini mən də mətbuatdan oxumuşam".


Qeyd edək ki, "Qarabağ"a "Neftçi"dən transfer olunan Elşən U-23 millimizin heyətində Bakıda keçirilən son İslamiadanın qalibi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eln-abdullayev-icary-verilir-t58402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR