Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub
19:37 29 May 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 29 may. REPORT.AZ/ Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.
“Report”un Şirvan bürosu xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:
“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.
Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-anasini-qetle-yetiren-sexs-polise-teslim-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR