Uşağa təcavüz edən əsgər həbs olundu

Türkiyənin Diyarbəkir vilayətində 8 yaşlı qız uşağına təcavüz edən hərbçi həbs olunub.

Metbuat. az xəbər verir ki, Diyarbəkirdə əsgərlərlə görüş zamanı kiçik qızın təkliyindən istifadə edən 21 yaşlı H.Ö adlı əsgər qızı qucağına oturdaraq, onu öpüb və ayaqlarına toxunub.

Qızın anasının şikayəti əsasında əsgər 18 il 9 ay müddətinə həbs olunub. Təcavüzdə ittiham olunan əsgər isə ona şər atıldığını bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR