Ən bahalı maşınları Dubay polisi sürür - FOTO

Ən bahalı maşınları Dubay polisi sürür - FOTO
19:52 29 May 2017
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dubay polisi imicini yüksəltmək və xalqla arasındakı baryeri azaltmaq üçün 2013-cü ildən etibarən dünyanın ən sürətli və bahalı avtomobillərindən istifadə edir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Dubay Polis Təşkilatına aid super avtomobillərdən birincisi "Bugatti Veyron"dur. 

Dünyanın ən sürətli maşını kimi Ginnesin Rekordlar Kitabına düşən bu nəqliyyat vasitəsi 404 kilometrədək sürət yığa bilir. 0-100 kilometr sürət artırması üçün isə 2,5 saniyə vaxt lazımdır. 16 silindrli motoru 1000 at gücündədir. 

Daha əvvəlki rekord isə italyan polisinə aid "Lamborghini Gallardo LP560-4"ə məxsus idi və sürəti 370 km-ədək çatmışdı. 

Dubay polisinin istifadə etdiyi ikinci ən sürətli avtomobil isə "Aston Martin"dir. Sürəti 354 km-dir. 0-100 km sürət üçün 3,7 saniyə vaxt lazım olur. 

Növbədə "Lamborgini Aventador" və "Ferrari FF"dir.
 
"Lamborgini Aventador" Dubay polisi üçün xüsusi olaraq hazırlanıb və sürəti 349 km-dir. 

"Ferrari FF"in sürəti 334 km-dir və 0-100 km sürət üçün 3,7 saniyə tələb olunur. 

Digər polis maşını "Bentley Continental GT" isə 331 km sürətə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR