Mingəçevirdə anasını qətlə yetirən şəxs təslim oldu - FOTO

Mingəçevirdə anasını qətlə yetirən şəxs təslim oldu - FOTO
19:58 29 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.

Publika.az xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:

“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.

Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR