Polis 6 həmkarını öldürüb -

Əfqanıstanın Zabul əyalətində Talibanla əlaqəsi olduğu iddia edilən polis 6 həmkarını öldürərək qaçıb.

Metbuat.az bildirir ki, bu barədə məlumatı əyalətin qubernatorunun sözçüsü Gül İslam Siyal təsdiqləyib.

Sözügedən polis həmkarlarını öldürdükdən sonra bölmədəki silahları götürərək qaçıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hələlik Taliban qruplaşması bəyanat yayımlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR