Mingəçevir sakininin gördüyü işlər heyrət doğurur - VİDEO

Mingəçevir sakininin gördüyü işlər heyrət doğurur - VİDEO
20:12 29 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə yaşayan 52 yaşlı İlqar Səbzəliyev 20 ildir gözdən əlildir.

Milli.Az bildirir ki, gənc yaşlarından elektriklə işləyən məişət əşyalarının təmirçisi olan şəhər sakininin 32 yaşında gözlərinin hər ikisi tutulub. Buna baxmayaraq o, evlərdə elektrik sistemini qurur, yaranan nasazlıgı rahatlıqla aradan qaldırır.

İlqar Səbzəliyev ət çəkən, ütü, fen və digər əşyaların hansı hissəsinin sıradan çıxdığını da bilir.

Gözləri ona ümid vermədiyindən sevimli peşəsi ilə məşğul olmaq üçün qulaqlarına güvənməli olub. Usta özü üçün hazırladığı xüsusi cihaz vasitəsi ilə sıradan çıxan əşyaların problemini tapır.

İki övlad atası olan usta bu sahədə yaxşı tanınıb. Nə qədər ki, əli iş tutur belə davam edəcəyini bildirir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mingəçevir sakininin gördüyü işlər heyrət doğurur


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR