Moskvada güclü qasırğa - 11 ölü, 50 yaralı

20:19 29 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Moskva Səhiyyə departamentindən bildiriblər.

 

Xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib. Hazırda onlara müvafiq tibb yardım göstərilir. Səhiyyə departamentinin rəsmisi bildirib ki, xəsarət alanların sayının artması istisna edilmir.

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR