Mərkəzi stadion bərbad durumdadır - VİDEO

Mərkəzi stadion bərbad durumdadır - VİDEO
20:22 29 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonunun mərkəzi stadionu palçıq içindədir, ətrafı kol-kos basıb, oturacaqlar isə çürüyüb tökülüb.

Milli.Az bildirir ki, rayon mərkəzində idman oyunlarının keçirilməsi üçün stadion olsa da, yararsız haldadır. Buna görə də sakinlər qonşu rayona getməyə məcbur qalırlar. 5 hektar ərazini əhatə edən stadion illərdir baxımsız olduğundan bu hala düşüb.
Sakinlərin sözlərinə görə, idman meydançası illərdir bərbad halda olduğundan futbol yarışları üçün qonşu rayonlara getmək məcburiyyətində qalırlar.

Şəhər stadionu MKT İsehsalat Kommersiya Birliyinin Ucar filialının balansındadır. Hətta qeydiyyatda olan işçisi də var. Lakin indiyə kimi heç bir təmir işləri aparılmayıb.

Rayonun gəncləri bu problemin həll olunması üçün gənclər və idman nazirinə müraciət edəcəklər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mərkəzi stadion bərbad durumdadır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR