Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb

Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb
20:27 29 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam. 29 may. REPORT.AZ/ Ağdam rayonunda narkotik xassəli çətənə bitkisi əkən şəxs saxlanılıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, 48 yaşlı Çəmənli kənd sakini Məmmədov Qəzənfər Həsi oğlu yaşadığı evin həyətində üç ədədi dibçəkdə, iki ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmaqla ümumi yaş kütləsi 198 qram təşkil edən aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi aşkar edilib və polis əməkdaşları tərəfindən götürülüb.
Məmmədov Qəzənfər Həsi oğlu əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Ağdam rayon Polis şöbəsinin istintaq qrupunda araşdırma aparılır.










Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdamda-dibcekde-cetene-bitkisi-eken-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR