Roberto Karlosdan iddia: "Saut Melburn"u etalona çevirmək..."

Roberto Karlosdan iddia:  "Saut Melburn"u etalona çevirmək..."
20:37 29 May 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya yığmasının sabiq müdafiəçisi Roberto Karlos Avstraliya klubu “Saut Melburn”un baş məşqçisi ola bilər. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, futbol dünyasının veteran ulduzu özü bu haqda danışıb:


“Baş məşqçi olsam, qarşıma ciddi məqsədlər qoyacam, yalnız qələbələr haqda düşünəcəm. Mentalitetim belədi. “Saut Melburn”u Avstraliya futbolunda etalona çevirmək başlıca hədəfim olacaq. Burda gördüklərim xoşuma gəldi. Klub A Liqada (Avstraliyanın elitası) oynasa, əməkdaşlığa başlayacağıq”.

 

Qeyd edək ki, “Saut Melburn” komandaların sayının artırılması nəticəsində 2018/19 mövsümündən A Liqada mübarizə apara bilər.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-roberto-karlosdan-iddia-t58403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR