Rüstəm Əfsərli CBC-dən getsə də... - RƏSMİ

Rüstəm Əfsərli CBC-dən getsə də...  - RƏSMİ
20:47 29 May 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

"CBC Sport" bəyanat yayıb. Fanat.Az xəbər verir ki, telekanal aparıcı kadrlarından birinin - Rüstəm Əfsərlinin fəlaiyyətini "Neftçi"nin mətbuat xidmətinin rəhbəri postunda sürdürəcəyini bildirib. 


Bəyanat belədi: "Təəssüf hissi ilə bildiririk ki, “CBC Sport” TV-nin yaradıcılarından və qurucularından biri, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli sıralarımızı tərk edir.

Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub.

İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi” PFK-da davam etdirəcək. Amma, qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır".


Qeyd edək ki, həmkarımız "Neftçi"dəki işinə rəsmən iyunun 1-dən başlayacaq. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rustm-fsrli-cbc-dn-gets-d-t58404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR