Makron Putinlə görüşdü

Makron Putinlə görüşdü
21:05 29 May 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə Fransa prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, üç saata yaxın davam edən danışıqlar bağlı qapılar arxasında keçirilib.

Görüşdən sonra baş tutan mətbuat konfransında E.Makron bildirib ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
 
V.Putin, öz növbəsində, qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Rusiyada fəaliyyət göstərən 500-dək Fransa şirkəti ölkəni tərk etməyib.
 
Qeyd edək ki, Rusiya prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR