Siyəzəndə məişət tullantıları ərazisində silah-sursat tapılıb

Siyəzəndə məişət tullantıları ərazisində silah-sursat tapılıb
21:22 29 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Siyəzən rayonunda 3 ədəd mina aşkar edilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, 29 May tarixində saat 11:53-də Fövqəladə Hallar Nazirliyi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinindən agentliyə Siyəzən rayonunda məişət tullantıları ərazisində 3 ədəd minanın aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
29 may 2017-ci il tarixində saat 15:35-də agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, əməliyyat tətbirləri nəticəsində təlim məqsədli 3 ədəd tank əleyhinə mina (TM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62), 5 ədəd əl qumbarası (2 ədəd F-1 və 3 ədəd RQD-5), 4 ədəd əl qumbarasının partladıcısı (UZRQM) və 95 ədəd 7.62 mm-lik güllə aşkar edilib və götürülüb.
Təlim məqsədli minalar və digər hərbi sursatların aşkar olunduğu 3 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/siyezende-meiset-tullantilari-erazisinde-silah-sursat-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR