"Barselona" yeni baş məşqçisini rəsmən açıqladı

"Barselona" yeni  baş məşqçisini rəsmən açıqladı
21:37 29 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, bir neçə gün əvvəl "Atletik"dən ayrılan Ernesto Valverde baş məşqçi təyin edilib. Onunla iki illik müqavilə imzalanıb.


Ernesto Valverde futbolçu kimi 1988-1990-cı illərdə "Barselona"da çıxış edib. O, həmin vaxt "Kral Kuboku"nu və UEFA Kuboklar Kubokunu qazanıb. 


53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Atletik"dən əvvəl "Bilbao", "Espanyol", "Vilyarreal", "Valensiya" və Yunanıstanın "Olimpiakos" klublarını çalışdırıb. "Espanyol"la UEFA Kubokunda final oynayıb, "Olimpiakos"la 3 dəfə Yunanıstan çempionluğunu, 2 dəf kubokunu qazanıb. 2015-ci ildə isə "Atletik"lə İspaniya Super Kubokuna sahib çıxıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-yeni-ba-mqcisini-rsmn-acqlad-t58405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR