Qadınların diqqətinə - TƏHLÜKƏ! - VİDEO

Qadınların diqqətinə - TƏHLÜKƏ! - VİDEO
22:05 29 May 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, müştəri kosmetika və parfümeriyaların əslini istifadə edərək korlamasın deyə onlara testerlər təqdim olunur. İnsanlar aldığı məhsulun rəngini, qoxusunu, yaraşıb-yaraşmadığını məhz bu testerlər vasitəsi ilə müəyyən edirlər. Satıcılar testerlərə məsuliyyətsiz yanaşırlar. Çünki əksər mağazalarda vitrinə qoyulan testorların çoxu qapaqsız olur. Sınaqdan keçirənlərin sayı isə az deyil.

Kamera qarşısına keçmək istəməyən satıcılar, tuş, sürmə, dodaq boyası, ətir kimi vasitələrin testerlərinin gün ərzində ən azı 10 qadın tərəfindən sınaqdan keçirildiyini bildirirlər. Adı üstündə - bunun tester olduğunu deyirlər və insanların bilərək ondan istifadə etdiyini söyləyirlər. Çox qadın israfçılıq etməmək üçün alış-verişdən əvvəl məcbur olduqlarından bu testerlərdən istifadə edir.

Həkimlər isə kosmetik vasitələrin individual istifadəsini tövsiyyə edirlər. Testerlərdən birmənalı şəkildə uzaq durmağı tövsiyyə edirlər. Əks halda allergik reaksiyası ola və bəzi dermatoloji problemlər yarana bilər.

Testerlərın görünüş üçün yox, sağlamlıq üçün istehsal olunduğunu bildirirlər. Tester əlin nazik dərisinə çəkilməlidir. Çünki dərman vasitələrində olduğu kimi, kosmetik testerlərin da dəriyə düşüb-düşməmək ehtimalı var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadınların diqqətinə! Kosmetik testorlardan istifadə təhlükəlidir - TƏFƏRRÜATLAR


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/549319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR