Bakıda şərikli bina tikənlərin ədavətinin cəzasını sakinlər çəkir - VİDEO

Bakıda şərikli bina tikənlərin ədavətinin cəzasını sakinlər çəkir - VİDEO
22:22 29 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

İki şərikin arasındakı mübahisənin cəzasını bina sakinləri çəkir.

Milli.Az bildirir ki, paytaxtda Binəqədi rayonu, 6-cı mikrorayon Həmzə Babaşov 5 ünvanının sakinləri illərdir mənzil alsalar da, orada rahat yaşaya bilmirlər.
Aralarında ədavət olan şəriklər tikdikləri binaya laqeyd yanaşırlar. Binanın problemlərinin həll olunmasını biri digərinin üstünə atır.

Sakinlər deyirlər ki, 2014-cü ildə təhvil veriləcəyi bildirilən binada kommunal xidmətlər də daxil olmaqla, bir çox zəruri infrastruktur yarımcıq qalıb.

Hətta problemi qismən həll etmək üçün sakinlərin özləri sayğac üçün pul da yığıblar. Amma yenə də problemləri həll olmur ki, olmur.

Problemin təfərrüatlarını öyrənmək üçün sakinlərlə birlikdə şəriklərin olduqları ofisə yollandıq. Hər iki şərikin nümayəndəsi problemin şəriklər arasındakı anlaşılmazlıqdan qaynaqlandığını və məsələnin yaxın müddətdə həll olunacağına bildirdilər.

Binanı tikənlər problemin həlli ilə bağlı yenidən söz verdilər, bizə isə bu vədin yerinə yetirilib-yetirilməyəcəyini gözləmək qalır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda şərikli bina tikənlərin ədavətinin cəzasını sakinlər çəkir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR