"Rusiya diplomatlarının Moldovadan qovulması prezident Dodona qarşı yönəlib"

"Rusiya diplomatlarının Moldovadan qovulması prezident Dodona qarşı yönəlib"
22:27 29 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Moldova hökumətinin beş Rusiya diplomatının arzuolunmaz şəxs elan edilməsi ölkə prezidenti İqor Dodonun mövqeyinə zərbədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bəyan edib.

"Baş verənlər, sözsüz ki, cavabsız qalmayacaq. Rusiyanın cavabı adekvat və olduqca sərt olacaq. Verilən qərarı birmənalı şəkildə Kişinyovla Moskva arasında fəal münasibətlər kursuna düşünülmüş zərbə kimi qiymətləndiririk", deyə Q.Karasin qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR