Qazaxda çobanı avtomobil vuraraq öldürüb

Qazaxda çobanı avtomobil vuraraq öldürüb
22:27 29 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 29 may. REPORT.AZ/ Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib.
Belə ki, kənd sakini Kərimov Məhəmməd Şahqulu oğlu otardığı heyvanları yolun qarşı tərəfinə keçirtmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. Ağır xəsarət alan çoban xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxda-cobani-avtomobil-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR