Azərbaycan səfirinə Serbiyada yüksək mükafat

Azərbaycan səfirinə Serbiyada yüksək mükafat
22:33 29 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu Serbiya Bayrağı Ordeni ilə təltif edib.

Publika.az Serbiya prezidentinin saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq T.Nikoliç Azərbaycan səfirini prezident sarayında qəbul edib.

Səfir bu ordenə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə göstərdiyi xidmətlərə görə layiq görülüb.

E.Həsənovla birgə bu mükafatla Belarus və Rusiyanın Belqraddakı səfirləri də təltif olunublar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR