Aydın Xırdalanlı tanınmaz hala düşməsinin səbəbini AÇIQLADI

Aydın Xırdalanlı tanınmaz hala düşməsinin səbəbini AÇIQLADI
22:37 29 May 2017
331 Şou
Ölkə mətbuatı
A- A+

Yeni fotosu yayılan tanınmış meyxanaçı Aydın Xırdalanlının şəkildə çox arıq və baxımsız olması böyük marağa səbəb olub. Mətbuatda və sosial şəbəkələrdə meyxanaçının xəstə olduğu, bədənində ağrıların olduğu yazılır. Deyilənlərə görə, Aydın Xırdalanlı ağır xəstəliyə düçar olub. Məsələyə aydınlıq gətirmək üçün meyxanaçı ilə əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, Aydın Xırdalanlı "Ölkə.Az"-a açıqlamasında bildirdi ki, əslində deyildiyi kimi xəstəliyi yoxdur. Onun sözlərinə görə, hazırda səhhəti tam qaydasındadır.

"Sizə qurban olaram, burda nə var ki, arıqlamışam da. (red: gülür) İnsanların gözü məni kök görməyə öyrəşib. Həmişə kök görüblər məni, indi bir az arıqlamışam. Kök olanda ürəyim sıxılırdı. Əslində heç köklük də deyildi. Pivə içirdim, şişirdirdi məni. İndi pivə içmirəm, normal vəziyyətə düşürəm", - deyə Aydın Xırdalanlı bildirib.

Meyxanaçının sözlərinə görə, uzun müddət dişlərində problem olduğu üçün yaxşı yeyib-içə bilməyib:

"Son günlər dişlərimi düzəltdirirəm. İştaham da yoxdur. Yaxşı yemək yeyə bilmirəm. Əslində o qədər də arıq deyiləm. Qarnım da var. Şükürlər olsun ki, heç bir xəstəliyim də yoxdur. Hər şey qaydasındadır.  Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Allah hər kəsin canını sağ etsin". 

Qeyd edək ki, məşhur meyxanaçı Aydın Xırdalanlının yeni fotosu yayılıb. Fotonu Xırdalanlının gənc həmkarı Orxan Lökbatanlı yayıb. Fotodan Aydının xeyli çəki itirdiyi və baxımsız vəziyyətdə olduğu aşkar sezilir.

Qeyd edək ki, xeyli vaxtdır səhhətiylə bağlı problem yaşayan A.Xırdalanlı 2001-ci ildə ANS-in keçirdiyi "De, gəlsin" meyxana çempionatının qalibi olub və qızıl nidanı qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/549325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR