"Barselona"ya yeni baş məşqçi təyin olunub

"Barselona"ya yeni baş məşqçi təyin olunub
22:42 29 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ "Atletik Bilbao"nun sabiq rəhbəri Ernesto Valverde "Barselona"ya yeni baş məşqçi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən xüsusi mətbuat konfransında "göy-qırmızılar"ın prezidenti Xosep Mariya Bartomeu məlumat verib.
Vaxtikən "Barselona"da oynamış (1988-1990-cı illər) 53 yaşlı mütəxəssis bu postda Luis Enrikeni əvəz edib.
Əvvəllər, həmçinin "Espanyol", "Olimpiakos", "Vilyarreal" və "Valensiya"nı çalışdırmış Valverde ilə müqavilə iki il müddətinə nəzərdə tutulub.
Onun baş məşqçi qismində təqdimatı iyunun 1-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-ya-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR