Dodon Rusiya diplomatlarının qovulmasını pisləyib

Dodon Rusiya diplomatlarının qovulmasını pisləyib
22:47 29 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının "persona non qrata" elan edilməsini pisləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İ.Dodon bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

"Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar.  Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq", deyə İ.Dodon bildirib.
 
Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR