64 yaşlı kişi ağacdan yıxılaraq ağır xəsarət alıb

64 yaşlı kişi ağacdan yıxılaraq ağır xəsarət alıb
23:22 29 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az bildirir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Mazımqara kənd sakini, 1953-cü il təvəllüdlü Sədullah Musayeviç Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, 64 yaşlı S. Musayev yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılıb. Döş qəfəsinin küt travması, 5-6 və 7-ci qabırğaların sınığı diaqnozu qoyulan Sədullah Musayevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/549328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR