Valideynlərin boşanması uşaqların sağlamlığını korlayır

Valideynlərin boşanması uşaqların sağlamlığını korlayır
23:37 29 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

İspaniya alimləri eksperiment zamanı aşkar ediblər ki, valideynləri boşanmış olan uşaqlarda sağlamlıq problemləri tam ailələrdə böyüyən uşaqlarla müqayisədə 2 dəfə çoxdur.

Eksperimentdə yaşı 2-dən 18 qədər olan 467 uşaq iştirak edib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, valideynlərin boşanması uşaqlarda sinir sistemi, bağırsaq, dəri və sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır.

Mütəxəssislərin fikrinə görə, sağlamlıq problemlərinin səbəbi boşanmanın özü deyil, boşanma ərəfəsində valideynlər arasında olan konfliktlər, münaqişələrdir. Belə vəziyyət uşaqda xroniki stressin inkişafına səbəb olur. Xroniki stress isə uşaq orqanizmində bir çox xəstəliklərin inkişafına təkan verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/549195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR