Misir Liviyada terrorçuların mövqelərini bombaladı

Misir Hava Qüvvələri terrorçuların Liviyanın Derna şəhərindəki mövqelərinə hava zərbələri endirib.

Metbuat.az-ın məlumatına görə, hücum əvvəlcədən Liviya hökuməti ilə razılaşdırılıb.

Qeyd edək ki, mayın 26-da Misirin El-Minya vilayətində xristian koptları daşıyan avtobus partladılmış, nəticədə 29 nəfər dünyasını dəyişmişdi. Terror aktının Liviyada fəaliyyət göstərən terrorçular tərəfindən törədildiyinə dair iddialar var idi. Misirin sözügedən hücumunun məhz bu insidentə cavab xarakteri daşıdığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR