Türkiyədə baş redaktor öldürüldü

Türkiyədə baş redaktor öldürüldü
01:19 30 May 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insidentə ailə münaqişəsi səbəb olub.

 

Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.

 

İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir. 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR