"ABŞ artıq dünya lideri deyil" -

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ-ın artıq dünyanın lider dövləti olmadığını bəyan edib.

Metbuat.az-ın məlumatına görə, Qabriel Trampın prezident seçilməsinin beynəlxalq aləmdə ölkənin imicinə təsirsiz ötüşmədiyini bildirib:

"Donald Trampın hakimiyyətə gəlməsindən sonra beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. ABŞ artıq "dünya lideri" statusundan məhrum olub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR