“Öküz müəllim” və “eşşək şagird” (FOTO)

“Öküz müəllim” və “eşşək şagird” (FOTO)
16:21 26 Mart 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyə Təhsil İdarəsi maraqlı, eyni zamanda böyük səs-küyə səbəb olan bir addım atıb.

ANS PRESS-in məlumatına görə, idarənin qərarı ilə uşaqlar üçün nəşr olunan nağıl kitablarının bəzilərinə qəribə adlar verilib.

Nağıl kitablardan birinə “Öküz müəllim” adı verilib. Kitabdakı nağıl öküzün müəllim olmaq istəyindən bəhs edilir.

“Biri vardı, biri yoxdur, bir öküz vardı. Həmin öküz həddindən artıq yeyərdi və çoxlu su içərdi. O, yeyib-içməkdən başqa heç nə etməzdi. Çox təmbəl idi. Bir gün həmin öküz müəllim olmağa qərar verdi”, - nağıl belə başlayır.

Bu kitablar çıxar-çıxmaz Türkiyə ictimaətində çaxnaşma yaranıb. Təhsil İdarəsinin atdığı bu adım kütləvi şəkildə pislənməyə başlanılıb. Nəşr olunan bu kitablarda müqəddəs sayılan müəllim peşəsinin təhqir olunduğu bildirilir.

Etiraz edənlər içərisində ölkənin tanınmış ictimai-siyasi xadimləri, tanınmış şəxsləri də var.

Tənqidlərdən sonra Türkiyə Təhsil İdarəsi tərəfindən bununla bağlı açıqlama verilib. Açıqlamada bildirilir ki, bu kitablarda hər hansı bir uyğunsuzluq və təhqiramiz söz yoxdur.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=333964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR