Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb
02:12 30 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin iqtidaryönlü "Yeni Akit" qəzetinin baş redaktoru Kadir Dəmirəl İstanbulda kürəkəni ilə ailə münaqişəsi zamanı aldığı bıçaq yarasından dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilir ki, Dəmirəl, qızı Esma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Qərənfil öz qayınatası və həyat yoldaşını bıçaqlayıb.
Dəmirəl aldığı bıçaq xəsarətindən dünyasını dəyişib, onun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Qatil qaçıb, polis onu axtarışa verib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-iqtidaryonlu-qezetin-bas-redaktoru-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR