Şimali Koreya uğurlu raket sınağı keçirdi

Şimali Koreya uğurlu raket sınağı keçirdi
02:44 30 May 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya hökuməti raket sınağı keçirdiyini təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu barədə “Ryonxap” agentliyi məlumat yayıb.

 

Şimali Koreya lideri Kim Çen Inın izlədiyi ballistik raket sınağı uğurlu keçib.

 

Raket ölkənin şərqindəki Vonsan şəhərindən buraxılıb. 450 kilometr məsafə qət edən raket Yapon dənizinə düşüb.

 

Cənubi Koreya hərbçiləri, sınağı keçirilən raketin orta mənzilli “Skad” tipli ballistik raket olduğunu ehtimal edir.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR