Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi
03:03 30 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, insidentə ailə münaqişəsi səbəb olub.

Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.

İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR