Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO
04:53 30 May 2017
255 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyevin Qoloseyev rayonunda su borusunun partlaması nəticəsində yaxınlıqdakı yaşayış evlərinə və avtomobillərə ziyan dəyib.

Publika.az xəbər verir ki, yerin altından keçən qaynar su borusunda baş verən qəzadan sonra fontan vuran suyun hündürlüyü 7-ci mərtəbəyədək yüksəlib.

Yerli mətbuat hadisədə insan tələfatının olmadığını bildirir. Bəzi evlərin pəncərələri sınıb, ətraf ərazilərdə olan maşınlara ziyan dəyib. Yaxınlıqda yaşayan sakinlər dərhal təxliyyə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR