3 dəfə artıq tutumlu akkumulyator hazırlandı

3 dəfə artıq tutumlu akkumulyator hazırlandı
07:37 30 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları mövcud litium-ion batareyalarla müqayisədə üç dəfə çox tutuma malik yeni tip litium akkumulyatorlar yaradıblar. Yeni prototip texniki baxımdan təkmilləşdirilmiş litium-metal batareya kimi təsnif edilir. Tədqiqatçılar böyük miqdarda enerjinin saxlanılması üçün batareyanı zədələyən, qısa qapanma və hətta partlayışa səbəb ola bilən dendritlər kimi tanınan, ayrılmalarla nəticələnən "dendrit problemi"ni həll etməyə nail olublar.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kimyaçı Ceyms Tur həmkarları ilə birlikdə dendritlərin yaranması ilə bağlı problemin həllini kəşf edərək karbon və qrafen nanoborucuqlardan ibarət "unikal anod" yaradıb. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyadan istifadə edilməklə hazırlanan litium-metal batareyalar dendritlərin yaranmasından yayınmaq üçün karbon komponentlər eninə bərabər litiumla örtülüb. Hibrid nanoborucuqların hazırda kommersiya litium-ion akkumulyatorlarında istifadə edilən qrafit anodları əvəz edəcəyi qeyd edilir.
 
Məlumata görə, universitetin hazırladığı batareya 1 qram litiumda 3 351 milliamper/saat enerji saxlayır ki, bu da mövcud litium-ion akkumulyatorların göstəriciləri ilə müqayisədə daha çoxdur. Mütəxəssislər hesab edir ki, yeni texnologiya smartfon, daşınan qurğular, elektrik avtomobilləri və digər qurğuların avtonomluğunu yaxşılaşdırmağa imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR